Bakıda leysan və şimşəkli hava gözlənilir
8 sentyabr tarixində Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən olacaq. Bəzi yerlərdə yağışlar, yarımadada isə leysan və şimşək çaxması gözlənilir. Gün ərzində yağıntılar tədricən azalacaq. Səhər saatlarında şimal-qərb küləyi əsəcək, daha sonra isə şimal-şərq küləyi ilə əvəz olunacaq.
Minval.info xəbər verir ki, gecə saatlarında havanın temperaturu 18-20° isti, gündüz isə 22-25° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə 60-70% təşkil edəcək.
Azərbaycanın bəzi bölgələrində də dəyişkən hava şəraiti müşahidə olunacaq. Bəzi yerlərdə qısamüddətli leysan, şimşək və dolu ehtimalı var. Gecə saatlarında yağıntılar güclənəcək, yüksək dağlıq ərazilərdə isə qar yağa bilər. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək.
ƏLAQƏLİ
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi
Havanın temperaturu gecə 16-20° isti, gündüz isə 25-28° isti olacaq. Dağlıq ərazilərdə gecə 8-13° isti, gündüz isə 15-20° isti gözlənilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi
Şəki yollarının təmiri üçün 1 milyon manata yaxın vəsait ayrıldı
Migel Anxel Moratinos: Dinlər 8 milyard insanın qayğısına qalır
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu keçirəcək