Payız endirimləri: Bölgələrdə qiymətlər 50% ucuzlaşır!
Bu yay bölgələrdə istirahət etmək istəyənlər yüksək qiymətlərlə qarşılaşmışdı. Otel və istirahət mərkəzlərində qiymətlər mövsümün tələbatına uyğun olaraq artmışdı. Sentyabrın gəlişi ilə məktəblərin açılması və havaların tədricən sərinləşməsi bölgələrə turist axınını azaldır.
Minval.info xəbər verir ki, turizm məsələləri üzrə ekspert Cabir Dövlətzadə payızın gəlişi ilə bölgələrdə qiymətlərin ucuzlaşacağını bildirib. Onun sözlərinə görə, yay mövsümünün başa çatması ilə əlaqədar olaraq qiymətlərdə enmə müşahidə olunur. Sentyabrın 15-dən etibarən orta məktəblər, universitetlər və texnikumlarda tədris prosesi başlayır. Bununla əlaqədar bölgələrə olan kütləvi turizmdə ciddi zəifləmə başlayacaq və bu, qiymətlərə də təsir göstərəcək. Qiymətlərin əvvəlki dövrlə müqayisədə 30-50 faiz aşağı düşəcəyi gözlənilir.
Ekspert qeyd edir ki, yalnız “Formula-1” günlərində Bakıdakı otellərdə qiymətlər artacaq. Sentyabrın 24-26-da, təxminən bir həftəlik müddət ərzində Bakı şəhərinin mərkəzində yerləşən otellərdə doluluq yüksək səviyyədə olacaq. Oktyabr ayından etibarən isə qiymətlərin ən azı 30 faiz aşağı düşməsi gözlənilir. Bölgələrdə bir çox turizm obyektləri mövsümü başa çatdırır və mövsümi fəaliyyət göstərdikləri üçün fəaliyyətlərini dayandırırlar. Daha sonra qış mövsümünün başlaması ilə qış turizmi ön plana çıxacaq və Qusar, Şahdağ və Naxçıvan kimi qış turizminin inkişaf etdiyi bölgələrə daha çox diqqət yönələcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan bazarında Ermənistan məhsulları: Yeni dövr başlayır
Bakıda yağış və külək həyatı iflic etdi
Boşanma sonrası 93 min uşaq tək valideynlə yaşayır
Əhmədin 627 ballıq uğur hekayəsi!
Bakıda leysan və şimşəkli hava gözlənilir
Azərbaycanda 28 məktəbdə yeni peşə sinifləri açılır
Mübariz İbrahimovun ev muzeyi yenilənir!