10.10.2026 - 17:48
Əfsanə gileyləndi: Akademiyalar onları düşüncə azadlığından məhrum edir
İdman 124 baxış

Əfsanə gileyləndi: Akademiyalar onları düşüncə azadlığından məhrum edir

“Çelsi”nin və İtaliya millisinin keçmiş hücumçusu Canfranko Dzola, ölkəsinin futbolunda mövcud olan problemləri dilə gətirib.

Publika.az-ın verdiyi məlumata görə, Dzola İtaliya futbolundakı istedad çatışmazlığını tənqid edərək, gənc oyunçuların yetişdirilməsindəki problemlərə diqqət çəkib. O, “La Gazzetta dello Sport” qəzetinə müsahibəsində, maliyyə məsələlərinin futbolçuların seçimlərinə təsir etdiyini bildirib.

Dzola qeyd edib ki, hazırda futbolçuların inkişafı məhdudlaşdırılır və oyunçuların fərdiliyi ilə düşüncə azadlığına zərbə vurulur. O, akademiyaların gənc oyunçuları taktiki məhdudiyyətlərə məcbur etdiyini və bunun nəticəsində onların yaradıcı bacarıqlarının inkişaf etmədiyini vurğulayıb.

Keçmiş futbolçu, öz dövründə həyətlərdə və küçələrdə oynayaraq inkişaf etdiklərini, burada oyunçuların fərdi bacarıqlarını sərgiləmək imkanı tapdıqlarını xatırladıb. Dzola, indiki dövrdə isə oyunçulara daha çox mexaniki hərəkətlər öyrədildiyini və onların yalnız xətlər boyunca qaçmağa yönləndirildiyini bildirib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: