Fransada etirazlar artır: saxlanılanların sayı 6 mini keçdi
Fransanın Saint-Ouen-l’Aumone bölgəsində keçirilən etiraz aksiyaları zamanı 14 yaşlı Eden adlı şagirdin yaxın məsafədən atılan gözyaşardıcı qaz kapsulu ilə yaralandığı bildirildi. Hadisə zamanı onun çənəsində qırıq və dişlərində ciddi zədələr meydana gəlib.
Minval.info xəbər verir ki, ailənin vəkili Elsa Marsel, uşağın etirazdan bir neçə metr aralıda oturduğunu və polisin dəyənəklə vurduqdan sonra uşağın polislərə təpik atdığını, daha sonra isə ikinci bir polisin ona yaxın məsafədən atəş açdığını qeyd etdi.
Marsel, polis məmurunun yaralı uşağı tərk etdiyini və bununla əlaqədar qəsdən öldürməyə cəhd ittihamı ilə şikayət etdiklərini açıqladı. Prokurorluq isə şagirdin polisə qarşı gəldiyini və məmurların onu geri itələməyə çalışdığını bildirdi.
Hadisə ilə əlaqədar müvafiq polis əməkdaşı haqqında rəsmi istintaq başladılıb. İttihamda məmurun ictimai vəzifəli şəxs olaraq qalıcı zədələnməyə səbəb olan hərəkəti yer alır.
Lens şəhərində isə 15 yaşlı bir şagirdin əlini şok bombası səbəbindən itirməsi nəticəsində Daxili İşlər Naziri Loran Nunez, bu mühimmatın istifadəsini istintaq tamamlanana qədər dayandırdıqlarını elan etdi. Nunez, təxminən 200 şagirdin yaralandığını, lakin bu hadisələrin polisin müdaxiləsi ilə nadir hallarda əlaqəli olduğunu qeyd etdi.
Rəsmilər əlavə olaraq, etirazlar zamanı 700 polisin yaralandığını, məktəblərin yandırıldığını və talan edildiyini açıqladılar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tramp və Putin arasında yanacaq razılaşmasında Zelenskiy gərginliyi
Fələstin prezidenti seçkilərin vaxtını dəyişdi
Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı
Donald Trampın Rusiya ilə dizel anlaşması Zelenskini narazı saldı
Almaniyada AfD ilk dəfə meclis başqanı seçdi
İsayas qasırğası ABŞ-ın Qolf sahilinə zərbə vurdu