10.10.2026 - 15:58
Ronaldo Portuqaliya millisindən uzaqlaşdırıldı
İdman 118 baxış

Ronaldo Portuqaliya millisindən uzaqlaşdırıldı

Baku.ws-ın məlumatına görə, Kriştiano Ronaldo Portuqaliya milli komandasından icazəsiz ayrıldığı üçün diskvalifikasiya edilib. Portuqaliya Futbol Federasiyası məşhur futbolçuya qarşı avtomatik cəza tətbiq edib.

Bu qərar federasiyanın Nizam-İntizam Komitəsi tərəfindən daha ətraflı araşdırılacaq və cəzanın müddəti müəyyənləşdiriləcək. Cəza müddəti bir aydan altı aya qədər dəyişə bilər.

Əgər komitə ən sərt tədbiri görərsə, Ronaldo milliyə yalnız 2027-ci ildə, yəni 42 yaşında geri dönə biləcək.

Qeyd edək ki, bu hadisə Ronaldo ilə milli komandanın baş məşqçisi Jorji Jezuş arasında yaranan münaqişə nəticəsində baş verib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: