Tramp və Putin arasında yanacaq razılaşmasında Zelenskiy gərginliyi
Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın, Rusiya Prezidenti Vladimir Putinlə dizel yanacaq razılaşmasına nail olması, Ukrayna Prezidenti Volodimir Zelenskiyin Rus neft emalı zavodlarına qarşı hücumları dayandırma çağırışlarını rədd etməsi ilə bağlı iddiaların fonunda baş verib.
Minval.info xəbər verir ki, Amerikanın Axios xəbər saytının bir ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, Zelenskiy Rusiyanın emal zavodlarına qarşı hərbi əməliyyatları dayandırmaq üçün Vaşinqtondan dəfələrlə edilən tələbləri qulaqardına vurub. Bu tələblərin rədd edilməsindən sonra Ağ Ev rəhbərliyi Rusiyayla yeni bir dizel yanacaq tədarükü razılaşması əldə etmək qərarına gəlib.
Axios-a danışan ABŞ rəsmisi, “Zelenskiy vəziyyəti yanlış qiymətləndirir. Rafineriləri vurmağa davam edərək Trampın gözündə qazandığı yaxşı niyyəti zədələyir” deyə qeyd edib. Trampın, Ukrayna rəhbərliyindən Rus neft emalı zavodlarına təşkil etdiyi hücumları birtərəfli qaydada dayandırmasını istədiyi bildirilir.
Ukrayna Prezidenti Volodimir Zelenskiy isə imzalanan dizel yanacaq tədarükü qərarını “ədalətsiz və dürüst olmayan” bir addım kimi dəyərləndirib. O, razılaşmanın “Putinə verilmiş haqsız bir hədiyyə” olduğunu vurğulayıb.
Axios-un məlumatına görə, Donald Tramp ilə Vladimir Putin arasında əldə edilən son razılaşma, Vaşinqton rəhbərliyinin müharibəni qalıcı sülhlə sona çatdırmağı hədəfləyən diplomatik təşəbbüslərini təhlükəyə atma riski daşıyır.
Tramp, Moskva ilə həyata keçirilən yanacaq tədarükü prosesini müsbət qiymətləndirərək, “Bu çox mühüm bir razılaşmadır. Ölkəmizə böyük miqdarda neft gəlir” deyə qeyd edib. O, ABŞ-ın Ukrayna ilə güclü tərəfdaşlığı olduğunu vurğulayıb və Putinlə telefonda keçirdiyi görüşün “son dərəcə uğurlu” olduğunu bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fələstin prezidenti seçkilərin vaxtını dəyişdi
Fransada etirazlar artır: saxlanılanların sayı 6 mini keçdi
Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı
Donald Trampın Rusiya ilə dizel anlaşması Zelenskini narazı saldı
Almaniyada AfD ilk dəfə meclis başqanı seçdi
İsayas qasırğası ABŞ-ın Qolf sahilinə zərbə vurdu