Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil"
Baku.ws-ın məlumatına görə, Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana aid deyil. Bu barədə açıqlamanı mərhum sənətkarın kürəkəni və “Space” TV-nin keçmiş icraçı direktoru Kamil Şahverdiyev “AStar” layihəsinə qonaq olduğu zaman verib.
Kamil Şahverdiyev bildirib ki, Rəşid Behbudovun müəlliflik hüquqları saxta sənədlərlə mənimsənilib və müxtəlif ölkələrdə satılıb. “Türkiyədə bəzi işbazlar bizim yerli işbazlarla birlikdə hörümçək toru kimi bir plan quraraq onun müəlliflik hüquqlarını saxta sənədlərlə mənimsəyiblər. Daha sonra Türkiyədən İngiltərəyə, İngiltərədən ABŞ-yə, oradan da Yunanıstana satılıb,” – deyə o, qeyd edib.
Şahverdiyev bu hadisəni “biabırçı bir vəziyyət” adlandırıb və bildirib ki, artıq bu məsələnin həlli üçün addımlar atılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir
Kanadada 51 il əvvəl itirilmiş pul kisəsi sahibinə geri qaytarıldı