Bakıda cüdo üzrə dünya çempionatı: Yeddinci yarış gününün təqvimi
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında bu gün yeddinci yarış gününün qarşılaşmaları baş tutacaq.
Baku.ws-ın məlumatına görə, Azərbaycan milli komandasının dörd üzvü qadınların +78 kq və kişilərin +100 kq çəki dərəcələrində mübarizəyə qoşulacaq.
Qadınların +78 kq çəki dərəcəsində Madina Kaisinova yarışa 1/16 final mərhələsindən başlayacaq və onun ilk rəqibi İtaliya təmsilçisi Asya Tavano olacaq.
Kişilərin +100 kq çəki dərəcəsində Camal Qamzatxanov 1/32 finalda Çili cüdoçusu Fransisko Solislə qarşılaşacaq.
Digər iki idmançımız, Uşanqi Kokauri və Kənan Nəsibov, 1/16 final mərhələsindən mübarizəyə qoşulacaqlar. Kokaurinin rəqibi Qırğızıstan təmsilçisi Emirxan Joldoşkazıyev olacaq. Nəsibov isə Losseni Kone (Almaniya) və Vidak Malyeviç (Serbiya) cütlüyünün qalibi ilə qarşılaşacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zirə "Şamaxı"ya, Sumqayıt "Qəbələ"yə qarşı
ABŞ-da ermənini idmandan ömürlük uzaqlaşdırdılar: görün nələr edib
Zelim Kotsoyev dünya çempionatına qələbə ilə başladı
Azərbaycanın səkkiz boksçusu U-17 Avropa çempionatında yarımfinala yüksəlib
Heyətinə görə ən dəyərli komanda: “Real” artıq tək deyil
AFFA klubda maaşların verilməməsi ilə bağlı yoxlamalar aparır
Ronaldinyo Messiyə: Həyatdan zövq al, qardaş