ABŞ-da ermənini idmandan ömürlük uzaqlaşdırdılar: görün nələr edib
Keçmiş sovet idmançısı və ABŞ milli gimnastika komandasının keçmiş məşqçisi Artur Akopyan ömürlük idmandan kənarlaşdırılıb. Publika.az xəbər verir ki, bu qərar ABŞ Təhlükəsiz İdman Mərkəzi tərəfindən 65 yaşlı mütəxəssisə qarşı irəli sürülən qanunsuz davranış və cinsi təcavüz iddialarından sonra verilib. Akopyanın qərardan apelyasiya şikayəti vermək hüququ var.
Akopyan ikiqat SSRİ çempionu və üçqat dünya çempionu kimi tanınır. 1989-cu ildən ABŞ-da fəaliyyət göstərən məşqçinin tələbələri arasında Olimpiya çempionu Makkayl Maroney və Dünya Çempionatının gümüş medalçısı Metti Larson da var.
“The Washington Post” qəzetinin apardığı araşdırmaya görə, Akopyanın ortaq mülkiyyətində olan “All Olympia” Gimnastika Mərkəzinin ən azı 10 keçmiş tələbəsi sistematik zorakılığa məruz qaldığını iddia edir. Onlardan doqquzu məşqçinin yetkinlik yaşına çatmayan idmançıları yerə yıxaraq xəsarət yetirdiyini təsdiqləyib.
Qızlar, məşqçilərinin aqressiv hərəkətlərindən qorunmaq üçün soyunma otaqlarında və tualetlərdə gizlənməyə məcbur ediliblər. Akopyana qarşı ilk məhkəmə iddiaları 2016-cı ildə Mattie Larson tərəfindən irəli sürülmüşdü. O, Akopyanın yaratdığı təzyiqin komanda həkimi Larry Nassarın istismarına səbəb olduğunu iddia etmişdi. 2018-ci ildə bu iş 1 milyon dollarlıq razılaşma ilə həll edildi, lakin sistemli iddialar davam etdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelim Kotsoyev dünya çempionatına qələbə ilə başladı
Azərbaycanın səkkiz boksçusu U-17 Avropa çempionatında yarımfinala yüksəlib
Heyətinə görə ən dəyərli komanda: “Real” artıq tək deyil
AFFA klubda maaşların verilməməsi ilə bağlı yoxlamalar aparır
Ronaldinyo Messiyə: Həyatdan zövq al, qardaş
Rüstəm Orucov: Hidayət Heydərov böyük idmançı olaraq qalır
Aleksandr Oveçkinin açıqlaması bilet qiymətlərini artırdı