10.10.2026 - 17:38
Jurnalistin məzarından oğurlanan barelyef bərpa edildi
Hadisə 353 baxış

Jurnalistin məzarından oğurlanan barelyef bərpa edildi

Tanınmış azərbaycanlı jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki bürünc barelyef, oğurlandıqdan sonra bərpa edilərək yenidən yerinə quraşdırılıb. Publika.az-ın məlumatına görə, bu işin bütün xərclərini dövlət qarşılayıb.

Sentyabrın 9-da başdaşındakı barelyefin yoxa çıxdığı müəyyən edilib. Elə həmin gün, Yasamal rayonunun 28-ci polis bölməsi və Daxili İşlər Nazirliyinin əməkdaşları şübhəli şəxsləri saxlayaraq bir neçə hissəyə ayrılmış barelyefi tapıblar.

Kompozisiyanın üzərindəki yazılar mişarlanaraq kəsildiyindən, onun yenidən tökülməsi qərara alınıb. İlkin barelyef heykəltaraş Məzahir Əfşarın layihəsi əsasında yaradılmışdı. İncəsənət Akademiyasının dosenti Nurlan Məmmədovun hazırladığı eskizlər əsasında barelyefin surəti tökülüb.

Akademiyanın emalatxanasında usta Namiq Sadıqov tərəfindən tökülən barelyefin quraşdırılması isə usta Feyzi Oruclunun komandası tərəfindən həyata keçirilib. Nəcəfovun ailəsi və həmkarları abidənin bərpasında iştirak edən hər kəsə təşəkkürlərini bildiriblər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: