10.10.2026 - 16:58
Türkiyədə siqaret satışında yeni qayda: şəxsiyyət vəsiqəsi tələb olunacaq
Siyasət 180 baxış

Türkiyədə siqaret satışında yeni qayda: şəxsiyyət vəsiqəsi tələb olunacaq

Türkiyədə siqaret satışına dair yeni qaydalar tətbiq ediləcək. Baku.ws-ın məlumatına görə, bu barədə ölkənin səhiyyə naziri Kemal Memişoğlu açıqlama verib.

Nazir bildirib ki, son vaxtlar Türkiyədə siqaret istifadəsində artım müşahidə olunur. Bunun qarşısını almaq məqsədilə yeni tədbirlər hazırlanıb.

Memişoğlunun sözlərinə görə, tütün məhsullarının satışında yaş təsdiqi sistemi tətbiq ediləcək. Bu çərçivədə, siqaret almaq istəyən şəxslərdən şəxsiyyət vəsiqəsi tələb olunacaq.

O, əlavə edib ki, bu qanun layihəsi yaxın günlərdə Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcək. Bu addımın siqaret istifadəsinin azalmasına töhfə verəcəyi gözlənilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: