10.10.2026 - 11:38
Zirə "Şamaxı"ya, Sumqayıt "Qəbələ"yə qarşı
İdman 154 baxış

Zirə "Şamaxı"ya, Sumqayıt "Qəbələ"yə qarşı

Azərbaycan Premyer Liqasında VII turun oyunları davam edir. Publika.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq.

“Zirə” komandası evdə “Şamaxı” ilə qarşılaşacaq. Matç saat 17:00-da Zirə İdman Kompleksində start götürəcək və oyun Fərid Hacıyevin idarəçiliyi ilə keçəcək.

Günün digər görüşü “Sumqayıt” və “Qəbələ” komandaları arasında olacaq. Bu matç “SOCAR Polymer Arena”da keçiriləcək və saat 19:30-da başlayacaq. Oyunun baş hakimi Kamranbəy Rəhimov olacaq.

Qeyd edək ki, VII turun oyunları oktyabrın 11-də başa çatacaq. Bu turlar çərçivəsində komandalar arasında maraqlı mübarizələr gözlənilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: