Efirdə şok sözlər: "Açıq-saçıq geyinənlər başı bağlılardan min dəfə namusludur"
Space TV-də yayımlanan “El bizim, sirr bizim” verilişində şair Nəzmiyyə Hicran birmənalı qarşılanmayacaq sözlərə yol verib.
Minval.info xəbər verir ki, proqrama dəvət alan qonaq açıq-saçıq geyimi əxlaqla əlaqələndirmədiyini söyləyib.
O, belə görkəmdə olan qadınların başı bağlı xanımlardan üstün tutub.
“O qədər açıq-saçıq geyinənlər var ki, min dəfə başını-gözünü bağlayanlardan ağıllı, əxlaqlı, namuslu və səviyyəlidir. Mən başını bağlayan qadınlardan qorxuram. Özümdən asılı deyil, xoşlamıram belə geyinən insanları” – şair bildirib.
N.Hicran eyni zamanda qeyd edib ki, bəzi insanlar məşhur olmaq üçün geyim-kecimləri ilə gündəmə gəlirlər:
“Amma onların səsləri yoxdur. Bu da cansıxıcıdır. Həmçinin elə insanlar var ki, onların səsi gözəldir, lakin geyim-kecimi yaxşı olmur. Baxırsan, sadəcə dinləmək istəyirsən, üzünü ekrandan çevirirsən. Ona görə də, insan geyinməli və kecinməlidir. Şəxsən mən nənəm kimi ola bilmərəm. Məni öldürsələr də, onun kimi paltar geyinə bilmərəm”.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan klubları Çempionlar Liqasında tarix yazdı
Bakı metrosunda təhlükəsizlik sədləri quraşdırılacaq
Abşeron çimərliklərində hava necə olacaq?
Azərbaycan əlifbasında dəyişiklik gözlənilmir: AMEA açıqladı
Hərbi xidmətdən azad edən xəstəliklər açıqlandı
Bakı 'Ulduz' metrosu yaxınlığında yol təmiri başladı
Azans Daşkənddə aeronaviqasiya əməkdaşlığını gücləndirir