12.09.2026 - 13:54
Ölkə 9 baxış

Həmidə Ömərova seçki prosesindən narazıdır

Xalq artisti Həmidə Ömərova Azərbaycan Kinematoqrafçılar İttifaqının seçki prosesi ilə bağlı narazılığını ifadə edib. O, müstəqil platformanın seçilən nümayəndəsi kimi söz alacağını gözlədiyini, lakin bu imkanı əldə edə bilmədiyini bildirib.

Minval.info xəbər verir ki, Həmidə Ömərova, “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyən heç kəsə söz verilmədi. Əgər kinematoqrafçıların bir qismi kiminsə namizədliyini irəli sürürlərsə, onu da dinləmək lazım idi. Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi. Bütün bunlara baxmayaraq, mən həmişə Kinematoqrafçılar İttifaqının inkişafına xidmət etmişəm, bundan sonra da edəcəyəm”, – deyə qeyd edib.

Xatırladaq ki, Xalq artisti Şəfiqə Məmmədova ötən gün keçirilən konfransda Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib. Sədrliyə namizədliyi irəli sürülənlərdən biri də Həmidə Ömərova olub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: