17.04.2018 - 16:45
Gündəm 2 baxış

"Efirə alt-paltarsız çıxmağım normal bir şeydi" - Aparıcı özünə haqq qazandırdı (VİDEO)

Aparıcı Könül Yusifqızının “Yarasa” gecə şousunda geyindiyi libası əməlli – başlı qalmaqala səbəb olub. Belə ki, aparıcı xanım kətandan olan dekolteli paltarının altından büstqalter geyinməyi lazım bilməyib. 

Minval.İnfo xəbər verir ki, tamaşaçı qınağına tuş gələn K. Yusifqızı xəbərçi.az-a açıqlama verib və bildirib ki, geyimində heç bir qüsur və ya qeyri-adilik yoxdur: “Efirə alt-paltarsız çıxmağım normal bir şeydir. Orada qeyri-adi nə var ki? Elə geyimlər var ki, onları alt paltarsız geyinmək lazımdır. Əgər mən o geyimi alt paltarla geyinsəydim, altdan qara bir şey çıxsaydı bu zaman estetik gözəllik pozulardı. Bütün dünyada dünya ulduzları belə geyinir. Aparıcı xanımın “kilolusan” deyən şəxslərə də cavabı var:

“Mənim kilolarım normal kilolardır. Bu gün hər kəs burnunu, dodağını, başını, yanını, arxasını əməliyyat etdirir. İstəyirsiz mən də elə olum ?!” Kompleksim yoxdur, geydiyim geyim də mənə çox da yaraşırdı”.

https://www.youtube.com/watch?v=FOf4rsx5VSQ

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: