DYP "Qarabağ" - "Bazel" oyunu ilə bağlı vətəndaşlara müraciət edib
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi “Qarabağ”ın Bakıda İsveçrə “Bazel”inə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyunu ilə bağlı vətəndaşlara müraciət edib.
DYP-dən “MİNVAL.İNFO”a daxil olan müraciətdə deyilir:
“Sentyabrın 16-dan Bakı Olimpiya Stadionunda “Qarabağ”ın “Bazel”ə qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyununun keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə hərəkətin təhlükəsizliyini təmin etmək üçün Ziya Bünyadov prospekti ilə hərəkət edən sürücülər Bakı Nəqliyyat Agentliyinin yanından Böyük Şor bulvarı Bakı Olimpiya Stadionunda istiqamətində, Heydər Əliyev prospektində hərəkət edən sürücülər isə 5 saylı “ASAN Xidmət”in yanından Bakı Olimpiya Stadionu istiqamətində hərəkətin məhdudlaşdırlacağını nəzərə alsınlar.
Sürücülərdən xahiş eidirk ki, oyuna şəxsi nəqliyyat vasitələri ilə deyil, ictimai nəqliyyat vasitəsi ilə getsinlər.
Eyni zmanada pandemiya şəraitinin davam etdiyini nəzərə alaraq, xüsusi karantin rejminin tələblərinə də əməl etmələri xahiş edilir.
Sürücülürimizdən və vətəndaşılarımızdan xahiş edirik ki, metronun “Koroğlu” stansiyasının yanından təhlükəsiz piyada keçidi ilə əraziyə daxil olsunlar”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır