DYP bu sürücüləri XƏBƏRDARLIQ ETDİ
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi son günlər bəzi sürücü və sərnişinlər tərəfindən dəb halını almış, sosial şəbəkələrdə yayılmış videolara reaksiya verib.
Minval.info məlumatına görə, söhbət avtomobil hərəkətdə olan zaman maşından düşüb yolun ortasında oynayan və video çəkərək sosial şəbəkələrdə paylaşanlardan gedir. Bu tendensiya daha çox xarici ölkələrdə yayılsa da, ölkəmizdə də analoji hallar az deyil.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sürücülər və sərnişinlər bu cür hallara qəti yol verməsinlər. Bu cür hərəkətlər heç də yaxşı nəticələnmir, hətta ağır faciələrə yol açır. Qəflətən yol nəqliyyat hadisələri baş verir, yaxud həmin sürücü və sərnişinlər maşınlar tərəfindən vurulur.
V.Əsədov sürücülərə və sərnişinlərə xəbərdarlıq da edib. Bildirib ki, xüsusilə sürücülər burada məsuliyyət daşıyır: “Özlərini və yanında daşıdığı sərnişini təhlükəyə atmamaq üçün bu cür hallara yol verməməlidirlər. Əks halda ölüm və həbslə nəticələnən hadisələr qaçılmazdır”.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan klubları Çempionlar Liqasında tarix yazdı
Bakı metrosunda təhlükəsizlik sədləri quraşdırılacaq
Abşeron çimərliklərində hava necə olacaq?
Azərbaycan əlifbasında dəyişiklik gözlənilmir: AMEA açıqladı
Hərbi xidmətdən azad edən xəstəliklər açıqlandı
Bakı 'Ulduz' metrosu yaxınlığında yol təmiri başladı
Azans Daşkənddə aeronaviqasiya əməkdaşlığını gücləndirir