Dünyaca məşhur bakılı fotoqraf Davos forumunda çıxış edəcək
Rəna Əfəndi Dünya İqtisadi Forumunda nitq deyəcək
Bakucity.az xəbər verir ki, məlumatı Rəna Əfəndi özünün “Facebook” hesabında paylaşıb.
“Gələn həftə, Yanvarın 22-də Betazon Konqresində Davos İqtisadi Forumu çərçivəsində qadın müxtəlifliyi, güc və əzmkarlığını bayram edərkən, “Qadın İkonu” mövzusunda çıxış edəcəyimdən qürur duyuram” – məlumatda qeyd olunur.
Qeyd edək ki, Rəna Əfəndi 1977-ci ildə Bakıda anadan olub. Onun mövzuları ətraf mühit, münaqişə sonrası cəmiyyət, sənayenin insanlara təsiri və sosial bərabərsizlik haqqındadır. Onun fotoları “Newsweek”, “Financial Times”, “Time Magazine”, “National Geographic” və “Le Monde” kimi nəşrlərdə yer alıb. Rəna Əfəndi qlobal əhəmiyyətli bir çox mükafatlara layiq görülüb.
Bakucity.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi