Dünya şöhrətli alimin Bakıdakı məzarında acınacaqlı mənzərə - FOTO
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, botanik və biogeoqraf İvan İvanoviç Karyaqinin Bakıdakı məzarı baxımsız qalıb.
Dağıdılmış qəbirüstü daşı, zibil və selefon torbalar – dünya şöhrətli alimin məzarı ətrafında bu gün görə biləcəyimiz budur.
Oxu.Az xəbər verir ki, İ.İ.Karyaqinin ümumi rəhbərliyi altında səkkiz cildlik “Azərbaycan florası” kitabı hazırlanıb və nəşr olunub (Bakı, 1950-1961).
Bu insan ölkəmizin bütün florasını təsvir edib, “Azərbaycanın dərman bitkiləri” kitabı, “Quba qəzasının qədim bitkiləri” oçerkinin (1930), tibbi, qida və digər faydalı bitkilərin araşdırılması ilə məşğul olan Azərbaycan şagirdlərinə yardım etmək üçün dərman bitkilərinin herbariumunu toplamaq üçün təlimatların (Bakı, 1943) müəllifi olub.
Moskvadan Karyaqinə Rusiya Elmlər Akademiyasından dəfələrlə iş təklifləri gəlməsinə baxmayaraq (ona yüksək maaş, akademik rütbə, mərkəzdə ev söz vermişdilər – red.), o, Bakıda qaldı və bütün həyatını Azərbaycana həsr etdi.
İ.Karyaqin 1966-cı ildə vəfat edib. O, Bakıdakı Yasamal qəbiristanlığında torpağa tapşırılıb.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunacaq
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi
Miri Yusifin konsertinə böyük maraq
Gülüstan Əliyeva səhnəni fəth etdi
“Azadlıq damağında siqaret, soyunmaq deyil” – Məşhur idmançıdan sərt sözlər
Meyxanada yeni döyüş meydanı: Elcanın layihəsi başladı
Roza Cəlilova 97 yaşında vəfat etdi