Dünya çempionatının açılış matçında beş qol

Moskvanın “Lujniki” arenasında dünya çempionatının ilk matçı keçirilib.
Oxu.Az xəbər verir ki, açılış mərasimindən dərhal sonra ev sahibləri Səudiyyə Ərəbistanı millisini qəbul edib.
Matç 5:0 Rusiya millisinin qələbəsi ilə başa çatıb.
Dünya çempionatının ilk qolu 13-cü dəqiqədə vurulub. Cərimə meydançasına göndərilən asmanı Yuri Qazinzki başı ilə qapıdan keçirib.
42-ci dəqiqədə Rusiyanın əks-hücumunu Denis Çerişov ideal sonluqla yekunlaşdırıb. Cərimə meydançasında yaxın məsafədən qapıçıya heç bir şans verməyib. 70-ci dəqiqədə Dzüba baş zərbəsi ilə hesabı 3:0-a çatdırıb.
Oyunun əlavə olunmuş dəqiqəsində Çerışev top fərqini dördə çatdırıb. 90+4-cü dəqiqədə Rusiya millisi cərimə zərbəsindən fərqlənib.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Messi və Ronaldu eyni komandada oynayacaq!
Tibb müəssisələrində onlayn növbə sistemi genişlənir
Osimhen və Lemina 3 həftəlik sıradan çıxdı
Neftçi Şəfanı darmadağın etdi: 4:1!
Neymarın zədəsi: Santosda uzun fasilə gözlənilir
Sabah və Zirə liderlik üçün üz-üzə!
Luis Enrike PSJ ilə 2030-cu ilədək qalır