Dunayda alman gəmiləri: Suyun çəkilməsi tarixi sirrləri üzə çıxardı
Dunay çayında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə azalması, İkinci Dünya müharibəsindən qalan alman hərbi gəmilərinin üzə çıxmasına səbəb olub.
Minval.info xəbər verir ki, Serbiyanın Prahovo bölgəsində aşkar olunan bu gəmilər, 1944-cü ildə geri çəkilən alman qüvvələri tərəfindən Qırmızı Ordunun əlinə keçməməsi üçün batırılmışdı.
Məlumatlara əsasən, bu ərazidə Dunayın dibində təxminən 200 hərbi gəmi, barja və yedək gəmisinin qalıqları mövcuddur.
Uzun illərdir çayın dibində qalan bu gəmilər, hazırda gəmiçiliyə maneə törədir. Üstəlik, bəzi gəmilərin içərisində hələ də döyüş sursatlarının qala biləcəyi ehtimal edilir.
Serbiya, Avropa Birliyinin dəstəyi ilə batmış gəmilərin sudan çıxarılması və Dunay çayının bu təhlükəli qalıqlardan təmizlənməsi işlərinə start verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ İrana hərbi cavab zərbəsi endirib
Rusiyanın İrana silah tədarükü iddiaları gündəmdədir
Britaniya Ukrayna ordusunun bərpası üçün Polşaya hərbçi göndərir
ABŞ qırıcıları 32 il sonra Rusiya təhdidinə görə Aleut adasına qayıtdı
Bəzi hərbçilər cərimə və ya həbs edilə bilər