Dünən 3 nəfər yol qəzalarında ÖLÜB

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Minval.info-ya verilən məlumata görə, avqustun 31-də törədilən 50 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 40 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Kristal Abşeron"da əlbəyaxa dava - Video (Özəl)
İçərişəhərdə partlayış - 5 nəfər yaralandı+ Yenilənir
Bakıda sahibkar baş həkimi döyüb - TƏFƏRRÜAT
Bakının mərkəzində “Dodge” mağazaya çırpıldı – FOTO, VİDEO
Bakıda sürücüyə qarşı quldurluq
Motosikletlə vurulan qadın xəstəxanada öldü