DSX narkotik qaçaqmalçılığının qarşısını aldı
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları tərəfindən İran İslam Respublikasından ölkə ərazisinə qaçaqmal yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin gətirilməsi cəhdinin qarşısı alınıb.
DSX-dən minval.info-ya verilən məlumata görə, hadisə DSX sərhəd qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonu ərazisindəki sərhəd zastavasının xidməti sahəsində baş verib. Həmin gün saat 22:00 radələrində İİR ərazisindən 3 nəfər şəxsin sürünərək Azərbaycan Respublikasının ərazisinə doğru hərəkət etməsi sərhəd naryadı tərəfindən müşahidə olunub və nəzarətə götürülüb.
Dövlət sərhədini pozduqdan sonra sərhədçilər tərəfindən aşkarlandıqlarını başa düşən sərhəd pozucuları geri qaçmağa başlayıb, sərhəd naryadının xəbərdarlıq atəşinə baxmayaraq havanın qaranlıq olmasından və ərazinin relyef xüsusiyyətlərindən istifadə edərək İran İslam Respublikasının ərazisinə keçiblər.
Hadisə yerinə baxış zamanı 1 ədəd bel çantasının içərisində 6,4 kq narkotik vasitəyə oxşar maddə, hər birində 10 həb olmaqla 79 ədəd konvalüt “Tedol-200”, 100 ədəd 10 milliqramlıq flakonda “MYDRAX” psixotrop tərkibli dərman preparatları aşkar olunub.
Fakt üzrə Dövlət Sərhəd Xidmətinin istintaq və təhqiqat idarəsi tərəfindən cinayət işi başlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda marşrut avtobusu sərnişinlərin həyatını təhlükəyə atdı - FOTO
Yardımlıda meşədə yanğın başlayıb
Bakıda koronavirusa yoluxan şəxs mağazada saxlanıldı
Aeroport yolunda bəy-gəlin maşını yanır - VİDEO
Tanınmış azərbaycanlı müğənnini küçədə döydülər - Video
Bakıda 6 yaşlı uşaq müəmmalı şəkildə öldü
