Bakıda küçələr və prospektlər yuyuldu
Payız mövsümünün başlanması ilə əlaqədar olaraq, Bakı şəhərinin sanitar-təmizlik vəziyyətinin yaxşılaşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib. Bu tədbirlər çərçivəsində şəhərin əsas küçə və prospektləri, eləcə də məhəllədaxili və ara yollar xüsusi texnika vasitəsilə yuyulub.
Minval.info xəbər verir ki, təmizlik işləri zamanı səkilər, bordürlər, işıq dirəkləri, məhəccərlər, park və istirahət məkanlarındakı oturacaqlar təmizlənib, həyət və yaşayış məhəllələrində səliqə-sahman işləri görülüb. Eyni zamanda, ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, onların ətraf ərazilərində abadlıq işləri aparılıb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən küçə və prospektlər boyunca ağac və yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağaclar yuyulub, qurumuş budaqlar budanıb. Qabaqlayıcı tədbirlər çərçivəsində xəstə və qurumuş ağaclar götürülərək onların yerində Bakı iqliminə uyğun yeni ağacların əkilməsi davam etdirilib. Şəhərin park, bağ və digər yaşıllıq ərazilərində mövsümə uyğun rəngbərəng güllər əkilərək müxtəlif dekorativ kompozisiyalar yaradılıb. Bu tədbirlər paytaxtın bütün rayonlarını əhatə edərək davam etdiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Diplomatlar Xudavəng monastırına səfər etdilər
Bakı metrosu yeni tədris ilinə hazırdır!
Bakıda metro qazıntısı: Bina boşaldılmayıb!
Bakının futbol istedadı: Ceyms Eziasinin hədəfləri
Gəncə basketbol klubu İvan Luna ilə güclənir
Yeni Günəşlidə ilan təhlükəsi: Sakinlər narahatdır
Mağazalar QR-kodla ödənişdən niyə imtina edir?