“Döyüb öldürürdülər, zorla meyitimi çıxardılar” – Odun üstündə kütləvi dava (Video)
Oğuz rayonunda kütləvi dava zamanı biri ağır olmaqla, iki nəfər xəsarət alıb.
Minval.info xəbər verir ki, Oğuz Rayon Mərkəzi Xəstəxanasına rayonun Calut-1 kənd sakini 31 yaşlı Zamin Quliyev və Calut kənd sakini 26 yaşlı Sərvər Xamdiyev bədən xəsarətləri ilə daxil olublar.
Müayinə zamanı Z.Quliyevə əlin üçüncü barmağının kəsiyi diaqnozu qoyulub və o, xəstəxanaya yerləşdirilib. Qapalı kəllə-beyin travması alan 26 yaşlı S.Xamdiyev isə Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib.
Onlar aralarında yaranan mübahisə zamanı bir-birilərinə xəsarət yetiriblər.
Zərərçəkən Zamin Quliyev başına gələnlərlə bağlı bunları deyib:
“Getdim odun gətirməyə, dedi, kim idi çağıran? Dedim, biz idik, dedi, yaxşı, çıxdı getdik. Sonra əmisinin yoldaşı, 3, 4 nəfər də başqa uşaqlar ilə əllərində lom, “mantirovka” ilə məni vurmağa başladılar. Döyüb öldürürdülər, zorla meyitimi oradan çıxardılar. Əlimi qabağa verdim ki, sifətimə dəyməsin, boynumun arxasına vurandan sonra huşum gedib heçnə xatırlamıram”.
Onun anası Elimira Həsənqızı deyib ki, onun oğlunu pldürmək istəyiblər: “Gedib qapımıza odun alıb gətirməyə. Tökülüb körpəmi ölürmək istəyiblər. Oğlumun paltarı qan içindədir”.
Davanın daha 2 iştirakçısının da polis tərəfindən saxlanıldığı bildirilir. Faktla bağlı araşdırmalara başlanılıb.
https://youtu.be/t8cGhMkzsZU
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır