Dövlət Gömrük Komitəsi külli miqdarda markalanmayan "Marlboro" saxlayıb

Bakı Baş Gömrük İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb.
“Minval.info” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb
Bildirilir ki, Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsinə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən aksiz markasız məhsulların naməlum şəxslər tərəfindən toplanılaraq saxlanılması və ayrı-ayrı şəxslərə satışının təşkil olunması barədə əməliyyat məlumatı daxil olub.
Həmin məlumat əsasında gömrükçülərin keçirdiyi əməliyyat nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Bakı şəhərinin Nəsimi rayonu ərazisində qutularda olan naməlum predmetləri öz avtomobilinə yığarkən saxlanılıb.
Saxlanılan şəxs Bakı Baş Gömrük İdarəsinə gətirilib və onun avtomobilinə baxış keçirilib.
Baxış zamanı avtomobilin yük yerindəki qutularda Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan 60 000 ədəd “Marlboro” adlı siqaret aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır