Dostunu güllələdi, sonra intihar etdi - Video
31 yaşlı Flavio de Oliveyra Polis Akademiyasında təhsili başa vurmuşdu. O, dostlarını toplayaraq bu olayı kafedə qeyd edirdi. Yeyib-içmək məclisi faciə ilə bitib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, hadisə Braziliyanın mərkəzindəki Qoyaniya bölgəsində yaşanıb.
31 yaşlı Flavio de Oliveyra məclis başa çatanda maşınına oturub və polis vəsiqəsi ilə xidməti silahını onlara göstərib. O, tapançanı əlində oynadarkən qəflətən atəş açıb.
Güllə maşının yanında velosipeddə oturmuş 20 yaşlı Mateus Kastroya dəyib.
Kastro ağır yaralanaraq yerə yıxılıb.
Maşından düşən Olivyera dostuna yaxınlaşıb, onu qan içində görəndə geri dönüb və maşını kilsəyə sürüb.
Kilsədə o, tapançanı gicgahına dayayaraq atəş açıb, intihar edib.
Mateus Kastro isə aparıldığı hospitalda keçinib.
Polis olayı araşdırır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Barda onunla tanış olmaq istəyən oğlanın gözünü çıxardı - Bakıda qanlı olay
Polis şöbəsinin qarşısında qəribə ölüm hadisəsi - Azərbaycanda
Restoranda toy yarımçıq dayandırıldı - Bəy və 29 nəfər saxlanıldı
Azərbaycanın vəzifəli şəxsi Türkiyədə vəfat edib
Lənkəranda ağır qəza: 4 nəfər yaralandı
Azərbaycanda 30 yaşlı qadın intihar etdi
