DİQQƏT! Daha cərimə yazılacaq, nəzarət gücləndi - FOTOLAR
Bakı şəhərində parklanma siyasətinə yenidən baxılır.
Bu barədə Minval.info-ya Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
O bildirib ki, əsas məqsəd dayanaqlı proqram təminatına söykənən avtomatlaşdırılmış sistemin qurulmasıdır:
“Vətəndaşa müasir, keyfiyyətli və ən əsası şəffaf xidmətin göstərilməlidir. Qeyd edilən prinsiplərə nail olmaq üçün parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılması istiqamətində ciddi iş aparılır. Prosesin yaxın vaxtlarda yekunlaşması nəzərdə tutulub. Yeni texniki vasitələrin qurulması ilə yanaşı mövcud potensialdan da istifadə edilir. Qanunsuz Parklanmaya Nəzarət Kameraları sisteminin fəaliyyəti daha təkmilləşdirilib”.
“Hazırda həmin kameralar vasitəsi ilə yollarda dayanma durma qaydalarını pozan avtonəqliyyat vasitələri müəyyən edilir. İnzibati xəta törədən sürücülər barədə müvafiq tədbirlərin görülməsi üçün məlumatlar müvafiq bazada toplanılır. Artıq paytaxtın əksər küçə və prospektlərində xüsusəndə hərəkətin intensiv olduğu eyni zamanda günün pik saatlarında sıxlıq müşahidə edilən yollarda Qanunsuz Parklanmaya Nəzarət Kameraları fəaliyyət göstərir. Yollara nəzarət növbəli iş rejimdə fasiləsiz olaraq həyata keçirilir.
Bunu nəzərə alaraq bir daha sürücülərə parklama zamanı daha diqqətli olmağı, avtomobillərini qeyri-qanuni yerlərdə park etməmələri, digər hərəkət iştirakçılarına qarşı anlayışlı və son dərəcədə diqqətli olmağı tövsiyə edirik”.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nigar Fərhad haradadır?
"Arzum"un işində barışıq baş tutmayıb: Mərhumun anası razılıq vermir
"Arzum" bu şərtlərlə azadlığa çıxdı
VACİB“Arzum”un qərardan sonra halı pisləşdi, ürəyi getdi
Vaqif Əsədov jurnalistləri təbrik etdi
Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş – Əliyev də ondan danışdı...

