DİN: "53 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb"

Avqustun 25-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 12 toy şənliyinin monitorinqini həyata keçirib.
DİN-dən Minval.info-ya verilən məlumata görə, monitorinq 7 şadlıq sarayında, 5 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
– 5 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
– 53 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda intiharın qarşısı alındı
Vilayət Quliyevin qızı vəfat etdi
Azərbaycanda polislə silahlı atışma – 5 nəfər saxlanıldı
Bakıda 26 yaşlı oğlan evinin önündə bıçaqlanıb
Bakıda fəhlə ölüb
DİN: Ötən gün yol qəzalarında 11 nəfər ölüb
Maşın sürməyi öyrənərkən 13 nəfəri vuran qadına cinayət işi açıldı