DİM Vətən müharibəsi ilə bağlı tarix fənninə edilən dəyişiklikləri təqdim edib
Dövlət İmtahan Mərkəzi Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsinə) dair yenilənmiş məqaləni təqdim edib.
Minval.info xəbər verir ki, Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsinə) dair 2021-ci il “Abituriyent” jurnalının 2-ci sayında dərc edilən, həmçinin Dövlət İmtahan Mərkəzinin saytına yerləşdirilmiş məqalənin yeni redaktəsi ilə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür.
Materiallar ödənişsizdir və hər kəs öz kompüterinə yükləyə bilər.
Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi);
Məqalənin ilk çapından sonrakı dövrdə baş vermiş hadisələrin çoxu yeni redaktədə nəzərə alınıb. Xatırladaq ki, hazırda ümumtəhsil müəssisələrinin 11-ci siniflərində təhsil alanlar qeyd edilən mövzu haqqında istifadədə olan dərsliklərdən bilgilər almayıblar. Mövzunun vacibliyi nəzərə alınaraq, 2022-ci ildə də II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında tarix fənnindən Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsinə) dair istifadəsi nəzərdə tutulmuş tapşırıqlar bu material əsasında tərtib ediləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Parlamentdən Elman Rüstəmova etimad: 91 lehinə, 1 əleyhinə, 1 bitərəf
Eks-deputatın məşhur restoranı sökülür - Fotolar
Vaqif Əsədovun yerinə TƏYİNAT - FOTO
Mövlam Şixəliyevə HÖKM OXUNDU
ABŞ səfirliyi Bakıdakı partlayışla bağlı başsağlığı verib
Aşıq Ədalətin gəlini işlədiyi xəstəxanadan şikayət etdi - TÖHMƏT ALDI