Deputatlığa namizəd olmaq istəyənlərin diqqətinə! - Bu gündən başlandı
Ötən gün prezident İlham Əliyev Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi haqda sərəncam imzaladı və seçki 2020-ci il fevral ayının 9-na təyin olundu.
“Minval.info” xəbər verir ki, Seçki Məcəlləsinin tələblərinə görə seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı rəsmi dərc olunduqdan sonra namizədlər irəli sürülə bilər.
Bu gün prezidentin sərəncəmı rəsmi mətbuatda dərc olunub və Seçki Məcəlləsinin (3, 53, 54, 146-cı maddələr) verdiyi hüquqlara görə bu gündən başlayaraq namizədlərin irəli sürülməsi mümkündür.
ƏLAQƏLİ
Qusarda ana ölümü ilə bağlı təhqiqat yeniləndi - Ekspertiza rəyində ŞOK DETALLAR
Bunun üçün namizəd oilmaq istəyən şəxslər tələb olunan sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.
MSK isə təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır və namizədə, onun səlahiyyətli nümayəndəsinə namizədliyin müvafiq seçki dairələri üzrə irəli sürülməsini təsdiq edən qərarı, həmçinin seçicilərin imzalarının toplanması üçün imza vərəqələrini təqdim edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İsmayıllı şoru və İvanovka qatığı adı ilə alıcılar aldadılıb
Güclü küləklə bağlı sürücülərə xəbərdarlıq edildi
Xəzərin dayazlaşmasına qarşı hansı tədbirlər planlaşdırılır