İsmayıllı şoru və İvanovka qatığı adı ilə alıcılar aldadılıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakının Sabunçu rayonunda, Bakıxanov qəsəbəsində yerləşən bir süd məhsulları emalı müəssisəsində plandankənar yoxlama aparılıb. Baku.ws-ın məlumatına görə, bu müəssisə Cümşüdova Aysel İntiqam qızına məxsusdur.
Agentlikdən verilən məlumata əsasən, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi ilə bağlı texniki və sanitariya norma və qaydalarının pozulduğu aşkar edilib. Müəssisənin təsdiqdən keçmədən qanunsuz fəaliyyət göstərdiyi və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı müəyyən olunub.
Bundan başqa, yoxlama zamanı məhsulların etiketlərində istehlakçıları yanıltmaq üçün “İsmayıllı şoru”, “İsmayıllı dovğası” və “İvanovka qatığı” kimi coğrafi adların istifadə edildiyi, lakin məhsulların əslində Bakı şəhərində emal edildiyi ortaya çıxıb. Eyni zamanda, müxtəlif istehsalçılara aid əmtəə nişanlarının istifadə edildiyi, kiflənmiş və istifadə müddəti bitmiş məhsulların mövcud olduğu aşkarlanıb.
ƏLAQƏLİ
Məşhur aparıcı "Bolt"un qiymət fərqini gündəmə gətirdi, şirkət açıqlama verdi
Bu faktlarla bağlı inzibati protokol tərtib olunaraq, süd məhsullarından laborator müayinələr üçün nümunələr götürülüb. Qanunsuz məhsulların və etiketlərin məhv edilməsi qərara alınıb və müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılana qədər dayandırılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Güclü küləklə bağlı sürücülərə xəbərdarlıq edildi
Xəzərin dayazlaşmasına qarşı hansı tədbirlər planlaşdırılır
Skuter və velosiped sürənlərə çağırış: Piyada zolağından yeriyərək keçin!
Sükan arxasında telefondan istifadə edənlər belə cərimələnəcək