Güclü küləklə bağlı sürücülərə xəbərdarlıq edildi
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına ciddi xəbərdarlıq edib. Bu barədə Baku.ws-ə idarədən məlumat verilib.
Məlumata görə, Milli Hidrometeorologiya Xidməti Bakıda, Abşeron yarımadasında və bəzi bölgələrdə küləkli hava şəraitinin davam edəcəyini bildirərək sarı və narıncı xəbərdarlıq elan edib.
Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraitinin yollarda təhlükə yarada biləcəyini nəzərə alaraq, hərəkət iştirakçılarının ehtiyatlı olmasını və yol hərəkəti qaydalarına ciddi riayət etmələrini tövsiyə edir.
ƏLAQƏLİ
Məşhur aparıcı "Bolt"un qiymət fərqini gündəmə gətirdi, şirkət açıqlama verdi
Yol hərəkətinin təhlükəsizliyi
Qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalıdırlar. Daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməli və nəqliyyat vasitələrini təhlükə ehtimalı olan obyektlərdən uzaqda saxlamalıdırlar.
Sürücülərə sürüşmə və aşma riskini azaltmaq üçün nəqliyyat vasitələrini park edərkən qapalı məkanlara üstünlük vermək tövsiyə olunur. Açıq ərazilərdə toz dumanı səbəbindən görünüş məsafəsi məhdudlaşdığı üçün sürücülər sürət həddini və ara məsafəsini nəzarətdə saxlamalı, ötmə və manevretmə zamanı ehtiyatlı olmalıdırlar.
Piyadalar da hava şəraitini düzgün qiymətləndirməli və özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xəzərin dayazlaşmasına qarşı hansı tədbirlər planlaşdırılır
Skuter və velosiped sürənlərə çağırış: Piyada zolağından yeriyərək keçin!
Sükan arxasında telefondan istifadə edənlər belə cərimələnəcək