80 alimin hesabatı yayıldı: Yeri fəlakət gözləyir, qarşısını almaq mümkün olmayacaq
BMT qlobal istiləşmə səbəbindən buzlaqların, qütb buz örtüklərinin və daimi donuşluq qatının geri dönüşü mümkün olmayan şəkildə dağılması riski barədə xəbərdarlıq edib. Publika.az-ın məlumatına görə, bu barədə “The Guardian” nəşri yeni iqlim hesabatına istinadən məlumat yayıb.
Hesabata görə, Yer kürəsində temperatur sənayedən əvvəlki dövrlə müqayisədə artıq təxminən 1,3 dərəcə yüksəlib. İstixana qazlarının emissiyasının kifayət qədər azaldılmaması səbəbindən alimlər Paris İqlim Sazişində nəzərdə tutulan 1,5 dərəcəlik həddin müvəqqəti olaraq aşılmasının qaçılmaz olduğunu düşünürlər. Lakin bu dövrün mümkün qədər qısa olması vacibdir. Çünki temperatur sonradan aşağı düşsə belə, buzlaqlara dəyən zərərin böyük hissəsini aradan qaldırmaq mümkün olmayacaq.
80 alimin iştirakı ilə hazırlanan hesabatda bildirilir ki, hazırkı iqlim siyasəti davam edərsə, qlobal istiləşmə 2,8 dərəcəyə çata bilər. Bu ssenari gerçəkləşərsə, Yer səthinə yaxın daimi donuşluq qatının demək olar ki, hamısı əriyəcək, okean dövranında ciddi pozuntular yaranacaq. Buzların əriməsi dəniz səviyyəsinin yüksəlməsini və okeanların turşulaşmasını da sürətləndirəcək.
ƏLAQƏLİ
Skuter və velosiped sürənlərə çağırış: Piyada zolağından yeriyərək keçin!
Dağ buzlaqlarının 90 faizdən çoxu yox ola bilər
Ən böyük təhlükə dağ buzlaqlarını gözləyir. Mövcud iqlim siyasəti davam edərsə, Alp dağları, Qayalı dağlar, İslandiya və Skandinaviya dağ buzlaqlarının 90 faizdən çoxunu itirə bilər. Qlobal istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırmaq mümkün olarsa, buzlaqların hazırkı həcminin 20-35 faizi qorunub saxlanıla bilər.
Himalay və Hindukuş dağlarında da vəziyyət narahatlıq doğurur. Bu bölgələrin buzlaqları dünya əhalisinin təxminən dörddə birini su ilə təmin edir. Hazırkı ssenariyə əsasən, həmin ərazilərdə buzlarının cəmi 41 faizi qalacaq. İstiləşmə 1,5 dərəcə ilə məhdudlaşdırılarsa, bu göstərici 83 faizə çata bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Skuter və velosiped sürənlərə çağırış: Piyada zolağından yeriyərək keçin!
Sükan arxasında telefondan istifadə edənlər belə cərimələnəcək
Əbu-Dabi görüşü Ukrayna müharibəsində dönüş nöqtəsi ola bilər
“Ramiz Mehdiyevi kimə şikayət edəcəkdi?” – Sərxan Xoşqədəmi müdafiə etdi