Deputatla qarpız satıcısı arasında gərginlik: bıçaq insidenti
Media və sosial şəbəkələrdə deputat Fəzail İbrahimlinin qarpız satıcısı ilə yaşadığı insident geniş müzakirələrə səbəb olub. İddialara görə, deputatın şikayətindən sonra satıcı işini itirib.
Minval.info xəbər verir ki, məsələ ilə bağlı deputat Fəzail İbrahimli açıqlama verib. O, bəzi media qurumlarını hadisənin mahiyyətini araşdırmadan bir tərəfli məlumat yaymaqda ittiham edib.
F.İbrahimli hadisənin detallarını izah edərək bildirib ki, yol kənarında qarpız alarkən satıcı ilə mübahisə yaranıb. Satıcı qarpız kəsib, ağ çıxdığını gördüyündə isə əsəbiləşib və bıçağı ilə deputatı təhdid edib.
ƏLAQƏLİ
Qusarda ana ölümü ilə bağlı təhqiqat yeniləndi - Ekspertiza rəyində ŞOK DETALLAR
Deputatın sözlərinə görə, hadisə zamanı satıcının aqressiv davranışı səbəbindən hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalıb. Məqsədinin satıcıya cinayət işi açılması deyil, onun islah olunması olduğunu vurğulayıb.
Satıcının cərimələnməsi məsələsinə toxunan İbrahimli, onun işini itirməsinin öz davranışlarına görə olduğunu bildirib. Deputat, mediada hadisənin düzgün təqdim olunmamasına görə təəssüfləndiyini ifadə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İsmayıllı şoru və İvanovka qatığı adı ilə alıcılar aldadılıb
Güclü küləklə bağlı sürücülərə xəbərdarlıq edildi
Xəzərin dayazlaşmasına qarşı hansı tədbirlər planlaşdırılır