02.07.2018 - 14:58
Gündəm
20 baxış
Deputatın qardaşı oğlu işdən çıxarıldı
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi təqaüdə göndərilib.
Minval.info Unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polkovnik Namiq Hüseynov xidmətlə olmanın son yaş həddinə görə təqaüdə çıxıb.
Onun yerinə həmin vəzifəyə polkovnik Vüsal Babayev təyin olunub.
Xəbəri saytımıza Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən təsdiqləyiblər.
Qeyd edək ki, təqaüdə göndərilən Namiq Hüseynov respublikanın keçmiş Hərbi Komissarı, millət vəkili Əliağa Hüseynovun qardaşı oğludur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBBakıda oyuncaq maşınla yola çıxan saxlanıldı
08.09.2026 - 13:18
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
27.08.2026 - 23:45
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı
21.08.2026 - 08:00
Tiktokerin keçmiş ərinin Türkiyədə cəsədi tapıldı
12.08.2026 - 11:39