Deputatın obyektində kütləvi zəhərlənmə: 10 nəfər xəstəxanalıq oldu - FOTO
Milli Məclisin üzvü İqbal Məmmədovun sahibi olduğu “Relax” istirahət mərkəzində kütləvi zəhərlənmə baş verib.
Bakupost.az xəbər verir ki, hadisə iyulun 19-u günorta saatlarında baş verib.
Belə ki, qohumlardan ibarət 13 nəfərlik qrup Lerikə istirahətə gedib. Onlar nahar etmək və əylənmək üçün “Relax” istirahət mərkəzini seçiblər. Nahardan sonra qrupdakıların səhhətlərində problem yaranıb. Özlərini pis hiss edən qrup üzvləri istirahətlərini yarımçıq qoyaraq şəhərə geri qayıtmaq qərarına gəliblər. Onların vəziyyəti getdikcə pisləşdiyi üçün yaşadıqları ünvana uyğun olaraq Sumqayıt Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Səhhətində problem yaranan 10 nəfərə zəhərlənmə dioqnozu qoyulub, onlara müalicə proseduru tətbiq edilib.
Ailələrdən birinin başçısı Emin Şirinov Bakupost.az -a bildirdi ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edəcəklər:
“300 manat girişə, 350 manat isə yeməyə xərcimiz çıxıb. Görünür, bizə köhnə yeməklər veriblər. Ölümdən döndük”.
Onun sözlərinə görə, zəhərlənənlər arasında azyaşlılar da olub.
Qeyd edək ki, bu gün Xaçmazda da kütləvi zəhərlənmə baş verib. Nabranda yerləşən “Məkan” istirahət mərkəzində yemək yeyən 10 nəfər xəstəxanalıq olub.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda qatar gənc oğlanı vurub öldürdü
İdlibdə ardıcıl dörd partlayış - 30 nəfər ölüb, 70 nəfər yaralanıb - FOTOLAR
COVID pasportuna görə 18 nəfər barəsində inzibati tənbeh tədbiri seçilib
Mənzilləri qanunsuz satan şəxs ekstradisiya olundu
"TikTok"da qadınla tanış oldu, evinə gedib 15 yaşlı qızını qaçırdı
Azərbaycanda şirkət rəhbərləri həbs olundu