Birbank əməliyyatları Milliön terminallarında komissiyasız!
Birbank müştəriləri üçün ölkə üzrə 6,500 Milliön terminalında bank əməliyyatlarını komissiyasız həyata keçirmək imkanı yaradılıb. Bu terminallar vasitəsilə kredit ödənişləri, balans və cari hesabların artırılması, eləcə də əmanət və yığım hesablarının artırılması, aliment ödənişləri və bank rüsumlarının ödənilməsi mümkündür.
Minval.info xəbər verir ki, bu xidmət paytaxt Bakı ilə yanaşı, Azərbaycanın ucqar regionlarında da mövcuddur. Beləliklə, müştərilər bank əməliyyatlarını özlərinə ən uyğun kanalda həyata keçirə bilərlər. Birbank, müştərilərinə fərqli kanallarda seçim imkanı yaratmaqla, onların gündəlik bank əməliyyatlarını daha rahat və effektiv şəkildə yerinə yetirmələrinə şərait yaradır.
Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 116 filial, 51 şöbə və 13 Rəqəmsal Mərkəz ilə müştərilərinə xidmət göstərir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat üçün birbank.az saytına və ya 196 Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı və Sumqayıtda sentyabr pensiyaları ödənildi
Azərbaycan və İordaniya arasında vizasız səyahət razılığı
Buraxılış imtahanının nəticələri açıqlandı!
Azərbaycan balı Avropa İttifaqı bazarına çıxır
Azərbaycanda erkən analıq: 2022-ci ilin statistikası
Rövşən Nəcəfdən "Sabah"a mövsüm öncəsi dəstək
Azərbaycanlılar qara siyahıda: Sərhəddə ciddi nəzarət!