11.09.2026 - 17:43
Maqazin 11 baxış

Gömrükdə rəqəmsal inqilab: Ticarət asanlaşır!

Azərbaycanda Gömrük Məcəlləsinə edilən genişmiqyaslı dəyişikliklər nəticəsində xarici ticarətin sürətləndirilməsi, sahibkarların inzibati yükünün azaldılması və tam rəqəmsal gömrük modelinə keçidə başlanılıb.

Minval.info xəbər verir ki, yeni tənzimləmələr sərhəddə fiziki nəzarətdən əvvəlcədən risk təhlilinə və malların buraxılışından sonrakı audit mexanizminə əsaslanır. Bu çərçivədə, qanunvericiliyin tələblərinə riayət edən etibarlı sahibkarlar malları gömrük terminalına aparmadan birbaşa öz ünvanlarında qəbul edə və yola sala biləcəklər. Onların tətbiq etdiyi plomb və eyniləşdirmə vasitələri dövlət tərəfindən tanınacaq.

Elektron sənədləşmə və vahid məkan prinsipi ilə, elektron nəqliyyat sənədləri və bəyannamələr təkrar sənəd təqdimatını aradan qaldırır. Ticarətin Asanlaşdırılması Mərkəzləri vasitəsilə bütün logistika və gömrük xidmətləri “vahid məkan” prinsipilə həyata keçiriləcək.

Əvvəlki gömrük brokeri sistemi birbaşa və dolayı təmsilçiliklə əvəz olunub. Dolayısı təmsilçilikdə lisenziyanın reyestr tənzimlənməsi ilə əvəzlənməsi inzibati maneələri ləğv edərək bazarda rəqabəti artırır. Kameral və səyyar gömrük auditinin qaydaları dəqiqləşdirilib və bir bəyannamə üzrə təkrar audit qadağan edilir.

Maliyyə qorunması sahəsində, artıq ödənilmiş gömrük rüsumlarının geri qaytarılması müddəti 1 ildən 3 ilədək uzadılıb. Tranzit təminatı məbləğləri risklərə uyğunlaşdırılaraq vəsaitlərin dövriyyədən əsassız çıxarılmasının qarşısı alınır. Beynəlxalq inteqrasiya çərçivəsində, multimodal daşımalarda tək bəyannamə tətbiqi və Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) inteqrasiya Azərbaycanın tranzit mövqeyini daha da gücləndirir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: