Ekspres avtobusların marşrutu yenidən təşkil edildi
Metro xətlərinin ayrılması layihəsi çərçivəsində M4 və M6 nömrəli ekspres avtobusların hərəkət sxemi yenidən təşkil edilib. Bu dəyişikliklər “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə rahat və maneəsiz girişin təmin edilməsi məqsədilə həyata keçirilib.
Minval.info xəbər verir ki, metronun şimal çıxışında, “Atletlər kəndi” istiqamətində edilən dəyişikliklər nəticəsində, əvvəllər “cib” tipli dayanacaqlardan biri müntəzəm avtobuslar, digərləri isə minik avtomobilləri üçün istifadə olunurdu. İndi isə 2-ci “cib” yalnız ekspres marşrutlar üçün ayrılıb və bu hissədə avtobus zolağı təşkil edilib.
Ərazidə müvafiq yol nişanları quraşdırılıb və nişanlanma xətləri çəkilib. Bu dəyişikliklər, vahid ərazidən istifadə edən ekspres və müntəzəm avtobusların nizamlı fəaliyyətini və sərnişin axınlarının ayrılmasını təmin edir. Sərnişinlərin metro stansiyasına təhlükəsiz keçidini təmin etmək üçün piyada keçidi də təşkil edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"