Deputat Ukraynada həbs edilən Qarabağ qazisi ilə bağlı çağırış etdi
Deputat Məlahət İbrahimqızı Milli Məclisin iclasında Ukraynada həbs edilən Qarabağ qazisi Misir Qasımlı barədə danışdı. O bildirdi ki, artıq il yarımdır M.Qasınlı heç bir sübut olmadan həbsxanada yatır və məhkəmənin iclasları əsassız olaraq gecikdirilir. “Çox təəssüf ki, bizim Ukraynada olan səfirimiz bu məsələyə laqeyd yanaşır”, deyə deputat bildirdi.
M.ibrahimqızı qeyd etdi ki, M.Qasımlının vəkili də süründürməçilikdən şikayətçidir: “Hər dəfə məhkəmə olur, amma heç bir dəlil-sübut olmadığı üçün təxirə salınır. M.İbrahimqızı bildirdi ki, Qarabağ döyüşlərində iştirakına görə dövlət başçısı tərəfindən təltif edilmiş Misir Qasımlı 1988-ci ildə Qərbi Azərbaycandan deportasiya olunub, ailə üzvlərini itirib, işgəncələr görüb.
Deputat M.Qasımlı ilə bağlı ədalətli qərarın verilməsinə nail olmaq üçün Azərbaycan-Ukrayna dostluq qrupunu da Ukraynadakı həmkarlarına müraciət etməyə çağırdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBBakıda oyuncaq maşınla yola çıxan saxlanıldı
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı