Azərbaycanda toylar üçün yeni qaydalar təklif edilir
Azərbaycanda toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif edilir. Bu təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər.
Minval.info xəbər verir ki, sosioloq Mail Yaqub bu təklifin Azərbaycan üçün real və aktual olduğunu bildirib. Onun sözlərinə görə, ölkədə 500-1000 nəfərlik toylar ailələr və gənclər üçün ciddi yükə çevrilib. Bu vəziyyət demoqrafik problemlərə səbəb olur, çünki artım tempi və uşaq doğumlarının sayı azalır. Toyların yaratdığı ağır yük bu problemlərin əsas səbəblərindən biridir.
Sosioloq əlavə edib ki, bu yükün yüngülləşdirilməsi və toy prosesinin asanlaşdırılması vacibdir. Gənclərin qarşısındakı maneələrin aradan qaldırılması üçün təklif irəli sürülüb. Təklifin detallarında iştirakçı sayı 100, 150 və ya 200 nəfər, toyun müddəti isə 2-3 saat ola bilər. Əsas məqsəd toyların gənclər üçün yaratdığı yükün azaldılmasıdır. Dövlət bu məsələyə müdaxilə etməlidir, çünki hazırkı formatda toylar gənclər üçün böyük yükdür və bu, evlilik və nikahların sayının azalmasına səbəb olur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır