Azərbaycanın ilk sərhədçi generalı Allahverdiyev vəfat etdi
Müstəqil Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının ilk komandanı və ilk sərhədçi generalı İsgəndər İmanverdi oğlu Allahverdiyev dünyasını dəyişib. O, 11 fevral 1947-ci ildə Bakı şəhərində anadan olub və Azərbaycan dövlət sərhədinin mühafizəsi sisteminin formalaşmasında mühüm rol oynayıb.
Minval.info xəbər verir ki, İsgəndər Allahverdiyev 1991–1992-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsinin sədri vəzifəsində çalışıb. 1992-ci ildə general-mayor rütbəsinə layiq görülərək, həmin ildən etibarən Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini və Azərbaycan Sərhəd Qoşunlarının ilk komandanı kimi fəaliyyət göstərib. O, 1992–1994-cü illərdə bu vəzifədə Azərbaycan sərhəd xidmətinin təşəkkülü prosesində iştirak edib.
General-mayor İsgəndər Allahverdiyevin vəfatı münasibətilə yaxınlarına, doğmalarına və hərbçi yoldaşlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zaur Mikayılovdan yeni təyinatlar: Kimlər vəzifə aldı?
Azərbaycan XİN-dən Çiliyə səmimi təbrik mesajı
Sabah Bakının bəzi ərazilərində qaz kəsiləcək
Üzeyir Hacıbəyovun 141-ci ildönümü qeyd olunur
Lerikdə 3,1 bal gücündə zəlzələ qeydə alındı
Bakıda 18 istiqamətdə tıxac: Sürücülərə xəbərdarlıq!
ABŞ ordusundakı azərbaycanlı Bakıda ölü tapıldı