Afət Fərmanqızı bloqeri böhtan və təhqirə görə məhkəməyə verdi
Müğənni Afət Fərmanqızı bloqer Sevinc Hüseynovanı məhkəməyə verib. Müğənni, Füzuli Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında müraciət edərək, bloqerin sosial şəbəkələrdə onun şərəf və ləyaqətini təhqir etdiyini bildirib.
Minval.info xəbər verir ki, Afət Fərmanqızı, Sevinc Hüseynovanın Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını tələb edir. Müğənni, həmçinin bloqer barəsində mülki qaydada da iddia qaldırıb və məhkəmə prosesi başa çatanadək onun adını çəkməməsini istəyib.
Xatırladaq ki, bundan əvvəl Xalq artisti Flora Kərimovanın Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət tərəflərin barışması ilə nəticələnmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır