İstanbulda məşhurlara narkotik əməliyyatı: Aras və Sefo saxlanıldı
Türkiyənin İstanbul şəhərində tanınmış simalara qarşı genişmiqyaslı əməliyyat həyata keçirilib. Bu əməliyyat çərçivəsində məşhur aktyorlar və müğənnilər də daxil olmaqla bir çox şəxs saxlanılıb. Saxlanılanlar arasında Aras Bulut İynemli, Melis Sezen, Nilperi Şahinkaya, Melis İşiten, Hazal Filiz Küçükköse, Yeliz Yeşilçimen və repçi Sefo (Seyfullah Sağır) yer alır.
Minval.info xəbər verir ki, Bakırköy Cümhuriyyət Baş Prokurorluğunun apardığı təhqiqat çərçivəsində cəmiyyətin sağlamlığı və təhlükəsizliyini təhdid edən narkotik vasitələrlə mübarizə tədbirləri görülüb. Təhqiqat nəticəsində adıçəkilən şəxslərin narkotik maddələrdən istifadə etməsi və ya buna şərait yaratması ilə bağlı əsaslı şübhələr doğuran sübutlar əldə olunub.
Bu səbəbdən, 18 sentyabr 2026-cı il tarixində İstanbul İl Jandarma Komandanlığına 18 şübhəli şəxs barəsində saxlanılma, axtarış, bioloji müayinə və ifadənin alınması ilə bağlı tapşırıq verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır