18.09.2026 - 12:14
Ölkə 16 baxış

Zaur Mikayılovdan yeni təyinatlar: Kimlər vəzifə aldı?

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərəcək “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası təsis edilib və üzvləri müəyyənləşdirilib.

Minval.info xəbər verir ki, bu qərar Agentliyin sədri Zaur Mikayılov tərəfindən imzalanmış əmr əsasında həyata keçirilib.

Əmrə əsasən, Xəyyam Fəxrəddin oğlu Məmmədov Müşahidə Şurasının sədri vəzifəsinə təyin olunub. O, eyni zamanda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin birinci müavinidir.

Müşahidə Şurasının digər üzvləri isə aşağıdakılardır: İlqar Tapdıq oğlu Gülməmmədov, Etibar Kərim oğlu Məmmədov, Pərvin Ehtiram oğlu İsmayılov və Elnur Rafael oğlu Allahverdiyev.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: