Deputat Gömrük Komitəsindəki həbslərdən danışdı
“Gömrük Komitəsində dalbadal bir neçə general həbs edildi, daha sonra cənab Prezident İlham Əliyev Gömrük Komitəsinin sədri vəzifəsindən azad etdi. Eyni zamanda mətbuat da yayıb ki, Gömrük Komitəsində yoxlamalar davam edir. Hesablama Palatasının yoxlamalar apardığı ilə bağlı məlumatlar yayılıb. Belə olan halda istisna deyil ki, yoxlamaların nəticəsi olaraq yeni faktlar üzə çıxsın”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. O, qeyd edib ki, komitənin fəaiyyətində ciddi nöqsanlar üzə çıxıb:
“Hər halda Gömrük Komitəsinin fəaliyyətində çox ciddi nöqsanlar, qüsurlar üzə çıxıb. Onlar təkcə inzibati məsuliyyət deyil, həm də cinayət məsuliyyəti yaradığı üçün həbslər həyata keçirilib. İstintaqın nəticəsindən asılı olaraq həbslərin dairəsi genişlənə də bilər. Yəni, hər şey istintaqın nəticələrindən asılıdır”.
Deputat həmçinin qeyd edib ki, bütün bunların səbəbi Gömrük Komitəsinin fəaliyyətini şəffaflaşdırmaqdır:
“Məqsəd ondan ibarətdir ki, Gömrük Komitəsinin fəaliyyəti son dərəcə şəffaf olsun. İnsanlar onun fəaliyyətindən razı qalmalıdır. Eyni zamanda dövləti büdcəsinin möhkəmləndirilməsi mənafeyinə xidmət göstərməlidir. Bütün fəaliyyət sahəsində Gömrük Komitəsində şəffaflıq ön planda olmalıdır. Bu kimi məsələlərdə, xüsusilə də rüşvətxorluq, korrupsiya məsələləri ilə bağlı ciddi çatışmazlıqların olduğu üzə çıxıb. Ona görə də, cənab Prezidentin mütəmadi kadr dəyişikliyi nəticə etibarilə ona gətirib çıxaracaq ki, yeni peşəkar və ən başlıcası düzgün kadrlar bu qurumda təmsil olunsun. Elə insanlar ki, onların fəaliyyəti komitənin işini köklü şəkildə dəyişməsinə gətirib çıxarsın”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Narkoloji Mərkəzdə ölənlərin ailələrinə pul verildi
Azərbaycanda istirahət mərkəzində əməliyyat keçirilib -Saxlanılanlar var
Prezidentlə birinci xanım Pənahovanın vida mərasimi ilə bağlı tapşırıq verib
Bakının mərkəzində səfirlik maşını qaydaları pozdu - FOTO