Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Baku.ws-ın məlumatına görə, Azərbaycanda uşaqlarına işgəncə verən ana və onunla birlikdə yaşayan kişi həbs edilib. Hadisələr əsasən Bakı şəhərinin Biləcəri qəsəbəsində və Tərtər rayonunda baş verib.
34 yaşlı Ç.Rüstəmova həyat yoldaşı ilə yola getmədiyi üçün 13 yaşlı qızı və 8 yaşlı oğlunu götürərək “TikTok”da tanış olduğu, özündən 11 yaş kiçik T.Abbasovla yaşamağa başlayıb. Lakin bu birgə həyat uşaqlar üçün kabusa çevrilib, onlar anaları və ögey ataları tərəfindən işgəncələrə məruz qalıblar.
Doğma ana uşaqların əllərini qaynar sobada saxlayıb, qızdırılmış qaşığı əllərinin üstünə basıb. Uşaqlar gecə saatlarında çölə çıxarılıb, odun parçası və kəmərlə döyülüb, yemək və su verilməyib. Bu vəziyyətə dözə bilməyən uşaqlar evdən qaçaraq atalarına zəng edib, kömək istəyiblər.
Polis T.Abbasov və Ç.Rüstəmovanı cinayət məsuliyyətinə cəlb edib, iş məhkəməyə göndərilib. Məhkəmədə T.Abbasov özünü təqsirli bilməyib, ana isə əməlindən peşman olduğunu bildirib. Lakin uşaqlar analarını bağışlamayıb, hər iki şəxsə cəza verilməsini istəyiblər.
Tərtər Rayon Məhkəməsi T.Abbasovu 4 il, Ç.Rüstəmovanı isə 3 il azadlıqdan məhrum edib. Gəncə Apellyasiya Məhkəməsi Ç.Rüstəmovanın cəzasının təxirə salınmasını ləğv edərək onu həbs edib. Bir yaşlı uşağın gələcək taleyi ilə bağlı dövlət büdcəsi hesabına təminat verilməsi qərara alınıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək
Ali Məhkəmə SOCAR-ın keçmiş direktoru ilə bağlı qərarını açıqladı
Polis "intiqam pornosu" şikayətlərini araşdırmaqda zəiflik göstərir
Bakıda qətl hadisəsi ilə bağlı məhkəmədə yeni ifadələr səsləndi
Azərbaycanda ata 16 yaşlı qızını bacısı oğluna nişanladı
“Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb?