06.10.2026 - 18:40
Azərbaycanda ata 16 yaşlı qızını bacısı oğluna nişanladı
Kriminal 2 baxış

Azərbaycanda ata 16 yaşlı qızını bacısı oğluna nişanladı

Xocalıda baş verən hadisə nəticəsində yeniyetmə qızını nişanlayan ata hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hadisə cəmiyyətin diqqətini cəlb edib və müzakirələrə səbəb olub.

Minval.info xəbər verir ki, 50 yaşlı Ağasəf Rzayev (ad dəyişdirilib) əvvəlcə hüquq-mühafizə orqanlarına müraciət edərək 16 yaşlı qızının itkin düşdüyünü bildirib. Lakin daha sonra izahatı zamanı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladığını etiraf edib.

Bu faktla əlaqədar olaraq, onun barəsində müvafiq maddə üzrə protokol tərtib edilib. Ağasəf Rzayev izahatında qohum olduqları üçün bu evliliyin mümkün olmadığını sonradan öyrəndiyini və bu səbəbdən etdiyi əməldən peşman olduğunu bildirib.

Ağasəf Rzayev, ikinci qrup əlil olduğunu və məhkəmədən yüngül cəza verilməsini xahiş edib. Məhkəmənin qərarına əsasən, o, 1 000 manat məbləğində inzibati qaydada cərimələnib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: