09.10.2026 - 16:58
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Kriminal 182 baxış

Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi

Publika.az-ın məlumatına görə, Ağdamın Mahrızlı kəndində baş verən ağır cinayət hadisəsi məhkəmə prosesi ilə sona çatıb. 1977-ci il təvəllüdlü Ceyhun Salahov həyat yoldaşı Gülzəndə Salahovaya balta ilə xəsarət yetirdiyi üçün mühakimə olunub.

Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda Ceyhun Salahov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib. Mübahisənin səbəbi paltar yumaq məsələsi olub. Ceyhun Salahov arvadından onun paltarını yumasını tələb edib, lakin qadın işə gecikdiyini bildirib və bu, ərini qəzəbləndirib.

Ceyhun Salahov balta ilə arvadına çoxsaylı xəsarətlər yetirərək evdən qaçıb. Oğlu anasını xəstəxanaya çatdıraraq onun həyatını xilas edib. Ceyhun Salahov isə polisə gedərək arvadının öldüyünü bildirib.

Məhkəmə zamanı Gülzəndə Salahova əri ilə barışdığını və ondan şikayətçi olmadığını deyib. Qeyd edək ki, Ceyhun Salahov əvvəllər də məhkumluq həyatı yaşayıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: